Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin rəqibi Bakıya gəlməmiş cəzalandı
Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ”nin rəqibi olan Almaniyanın "Maynts” klubunun futbolçusu Xose Rodriqes Almaniya Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb. Sportfm.az xəbər verir ki, komitə gənc futbolçuya 5 oyun cəza verib. Buna səbəb isə Rodriqesin Almaniya Bundesliqasının son turunda "Auqusburq”la matçda rəqibin futbolçusu Dominik Kora qarşı kobud oynamasıdı. Həmin oyunda qırmızı vərəqə alan yarımmüdafiəçiyə həmçinin 10 000 avro cərimə kəsilib.
Bu arada "Real”ın yetirməsi məsələ ilə bağlı zədələdiyi futbolçudan üzr istəyib: O, feysbuk səhifəsində bu barədə yazıb: "Mən Dominikə ciddi xəsarət yetirdiyim üçün təəssüflənirəm. Bu hərəkətimə görə ondan üzr istəyirəm”.
Qeyd edək ki, yayda "Qalatasaray”dan transfer olunan Xose Rodriges "Auqusburq”la matçda "Maynts”ın heyətində debüt edirdi.
Oxşar xəbərlər
“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR
Mauro İkardiyə ağır cəza
İntizam Komitəsi 4 klubu cərimələdi - Qərar
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
AFFA-dan tərbiyəsizlik edən futbolçuya ağır cəza
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mərakeş qalib olacaq - Qərar













Misli Premyer Liqası