reklam
Sportfm.az xəbər saytı

"Ramilə görə, çox şadam. Belə oynamaqda da davam etməlidi" -Baş məşqçi


"Bizim üçün asan oyun olmadı, ancaq düşünürəm ki, qələbəyə layiq idik". 

Sportfm.az xəbər verir ki, bunu "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç deyib. 

Rusiya Premyer Liqasının XX turunda "Anji"nin qonağı olan Samara təmsilçisi səfərdən 2:0 hesablı qalibiyyətlə ayrılıb. 

Monteneqrolu çalışdırıcı çətin qələbə qazandıqlarını söyləyib: "Birinci hissə komandam üçün çox çətin keçdi. 

Ancaq ikinci hissədə daha stabil oynadıq və topa daha çox sahib çıxdıq. "Anji" bizə təzyiq göstərirdi. 

Rəqib bizim qapımız qarşısında pressinq edirdi ki, bu da topla rahat oynamağımıza mane olurdu". 

Bojoviç əvvəlki iki turda olduğu kimi, "Anji" ilə qarşılaşmada da qol vuran Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi də tərifləyib: 

"Şeydayevə əhsən! Son vaxtlar əla çıxış edir. Ramilə görə, çox şadam. Belə oynamaqda da davam etməlidi".

Oxşar xəbərlər

Ramil Şeydayev geri dönür - dəqiqləşdi
Şeydayevdən narazı qalıb
Şeydayev niyə əvəzləndi? - Açıqlama
Şeydayevin baş məşqçisi kim oldu? - FOTO
Şeydayevə şans verilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər