reklam
İşıq dirəyi hakimin üzərinə aşdı -
Sportfm.az xəbər saytı

İşıq dirəyi hakimin üzərinə aşdı -VİDEO


ABŞ-da "Mena" və "Dardenella" komandaları arasında keçirilən məktəblilərin futbol matçı faciə ilə nəticələnib.

Sportfm.az xəbər verir ki, matç vaxtı oyunçulardan biri topu oyuna daxil etmək istəyərkən işıq dirəyi çöküb. Dirək yan xətt hakiminə və futbolçulardan birinə dəyib. Hadisədən sonra hakimin bir ayağı iki yerdən qırılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçu ciddi zədələrdən qaçsa da, başından və ayağından kəsik yaraları alıb.

Bildirilib ki, işıq dirəyinin düşməsinə güclü külək səbəb olub. Matçı təşkil edən məktəb rəhbərliyi hadisənin araşdırılması zamanı ərazidə yerləşən idman obyektlərinin bağlanması ilə bağlı bəyanat verib. 

 

Oxşar xəbərlər

İşıq dirəyi aşan Tovuz şəhər stadionundan böyük fərq
Oyun zamanı hakimin ayağı sındı - VİDEO
Lənkəran stadionunun qazonu sıradan çıxdı - Günahkar kimdir?
"Sındırdığı" futbolçu sağalmayana qədər meydana çıxmayacaq!
Rio-2016: Rusiya boksçuları üçün “yaşıl işıq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər