"Emil Balayevin yaxşı məktəb keçdiyi hiss edilir" -Baş məşqçi
Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib. Millimizin qolkiperi Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "İrtış"a 3:0 hesabı ilə qalib gəlib.
Sportfm.az xəbər verir ki, "Tobol"un baş məşqçisi Vladimir Qazzayev sözügedən oyunda rəsmi debüt edən Emil Balayev barədə danışıb:
"Balayevin oyununu yüksək qiymətləndirirəm. Emilin qapıçı üçün gənc yaşı olsa da, çərçivədə inamlıdır. Onun yaxşı məktəb keçdiyi hiss edilir. Bu oyunda qapıda çox inamlı idi. Digər qolkiperimiz Sultan Busurmanov da yaxşı vəziyyətdədir. Hazırda iki əsas qapıçımız var. Gələcəkdə legioner limitiylə bağlı dəyişikliklər edə bilərik. Sultan da yaxşı hazırlıq keçib. Qazaxıstan futbolu üçün yaxşı gələcək vəd edən qapıçı olacağına inanıram. "İrtış" qarşısına daha yaxşı vəziyyətdə olan Emilə şans verdim. Emillə Sultana demişəm ki, hər ikinizə əsas qapıçı kimi baxıram".
Oxşar xəbərlər
Qazaxıstan klubu Emil Balayevin transferini açıqladı - RƏSMİ
Emil Balayevin klubunda erməni futbolçu
Emil Balayev yenə ən yaxşı seçildi - FOTO
Jasur Emil Balayevin rəqibi olacaq
Emil Balayev:"Belə atmosferdə oynamaq möhtəşəm idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq















Misli Premyer Liqası