Baş hakim köməkçisini söydü
Türkiyə Super Liqasında XXIV turun "Yeni Malatyaspor" - "Başakşehir" matçından sonra hakimlər otağında qalmaqal baş verib.
Sportfm.az xəbər verir ki, oyunun baş hakimi Fırat Aydınus yan xətt hakimi Yusuf Bozdoğanı söyüb.
Görüşün TFF (Türkiyə Futbol Federasiyası) nümayəndəsi Cenk Altun isə bunu öz rəhbərliyinə çatdırıb. Aydınus isə xəbər tutduqdan sonra Altunla dalaşıb.
TFF Hakimlər Komitəsindən məsələ ilə bağlı izahat istəyib. İntizam Komitəsi hakimlərə 3 aydan çox cəza versə, hər iki şəxs karyeralarını başa vurmalı olacaqlar.
Artıq Aydınus və Bozdoğana bu tur təyinat verilməyib. İntizam Komitəsinin qərarı açıqlananadək onlar oyunlardan kənarda qalacaqlar.
Söyüş olayı araşdırıldığı vaxt VAR sisteminin videogörüntülərindən də istifadə olunacaq. Martın 3-də keçirilmiş "Yeni Malatyaspor" - "Başakşehir" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Oxşar xəbərlər
UEFA və FİFA-dan Cüneyt Çakır reaksiyası - AÇIQLAMA
Hakimlər 11-ci maddə ilə ittiham olunur - PSJ - "Başakşəhər"
"Qəbələ"nin cərimə edilməsinin səbəbi məlum oldu
Fatih Terim meydançaya buraxılmayacaq
Baş hakim çılğına döndü - köməkçisinə görə - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Edqar millinin düşərgəsinə qoşuldu
-
“Sabah” – “Slaviya” matçına neçə bilet satıldı?
-
Kamal Umudlu İsveç millisinin oyununda - Təyinat
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq davam edir
-
Yığmamız böyük hesbla uduzdu - Avropa çempionatı
-
Maltadan qələbə, Kosovo - Avstriya oyununda bərabərlik - Millətlər Liqası















Misli Premyer Liqası