reklam
Sportfm.az xəbər saytı

"Əgər dəyişiklik olmasa, yəqin ki, klubda qalmayacam" -Ayxan Abbasov


Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt" səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzub. 

Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin qış fasiləsindən sonra ardıcıl üç oyunda uduzması komandanın çalışdırıcısı Ayxan Abbasovu özündən çıxarıb. Mətbuat konfransına əsəbi şəkildə gələn Abbasovu klub prezidenti Riad Rəfiyev də sakitləşdirə bilməyib. 37 yaşlı mütəxəssis matçı şərh edib: 

"Üzr istəyirəm, paltardəyişmə otağı konfrans zalına yaxındır, sizin qarşınızda belə səs-küy olmamalı idi. Uşaqlar oyuna yaxşı hazırlaşmışdı. Qalib gəlmək istəyirdik. Məğlubiyət işimizi çətinləşdirəcəkdi və bunu dərk edirdik. Rəhbərliklə görüşümüz olacaq. Bəzi şeylər dəyişməlidir. Əgər avrokuboklara getmək istəyiriksə, bu, baş verməlidir. Əgər olmasa, yəqin ki, klubda qalmayacam. Təkcə legioner söhbəti deyil. Azarkeşlər qələbə və avrokubokları istəyir. Özünüz də görürsünüz ki, çətindir. Biz də səhvlər etmişik. Hamının səhvləri olur. Futbolda bəzi qaydalar var, bunu heç kim pozmamalıdır".(sportal.az)

Oxşar xəbərlər

Kurban Berdıyev "Neftçi"nin udmadıqları üçün təəssüfləndi: Biz çoxuna ümid edirdik
"Sumqayıt" Ayxan Abbasovu təbrik etdi - 100-cü oyun
"Mən klub prezidenti deyiləm" - "Sabah"ın baş məşqçisi
Tərlan Əhmədov: "O ailəni burda qura bilmədim"
"Sumqayıt" millimizin üzvünü transferə çıxardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər