reklam
Sportfm.az xəbər saytı

"Çempion olmaq üçün çalışacağıq" -Elbrus Məmmədov


2018/2019 mövsümünün ilk yarısını 1-ci divizionda 30 xalla lider kimi tamamlayan "Sumqayıt" Futbol Klubunun əvəzediciləri hazırlıqlarını başa vurmaq üzrədir. Təxminən 2 aylıq fasilədən sonra komanda təlim-məşq toplanışını yekunlaşdırır.

Sportfm.az xəbər verir ki, bu gün 3-cü dövrənin ilk oyununa çıxacaq "Sumqayıt-2" “Kapital Bank Arena"nın köməkçi meydançasında "Keşlə” ilə mövsümün ikinci yarısına start verəcək.

“Sumqayıt-2”nin baş məşqçisi Elbrus Məmmədov hazırlıq prosesini dəyərləndirməklə yanaşı, komandanın əsas hədəfini də açıqlayıb: "Sumqayıt-2"nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. “Şahdağ”, “Qarabağ-2”, “Uğur” və "Səbail-2" ilə oyunlarda 2 qələbəyə imza atdıq, 1 heç-heçə etdik və 1 məğlubiyyətlə üzləşdik. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram".

Elbrus Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib: "Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardır. Qeyd edim ki, İbrahim “Qarabağ”dan icarə əsasında komandamızda çıxış edəcək. Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb. Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır".

Oxşar xəbərlər

"Sumqayıt" - "Qarabağ" oyununda 7 qol vuruldu
"Sumqayıt" "Qarabağ"ı özünə rəqib seçdi
Elbrus Məmmədov: "Heyətdə bəzi dəyişikliklər olacaq"
Nazim Süleymanov: "Çalışacağıq ki, komandanı çempionata hazır vəziyyətə gətirək"
"Sumqayıt" toplanışı məğlubiyyətlə bitirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər