Paytaxt futzalçılarına texniki məğlubiyyət verildi
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə futzal liqalarında baş verən insidentlərlə bağlı qərarlar da qəbul edilib.
5 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” MFK – “Araz” matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” İSK – “Liman” matçının 36-cı dəqiqəsində “Liman” klubunun 88 №-li futbolçusu Haqverdi Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
Oyunun 36-cı dəqiqəsində “Yasamal” İSK klubunun 11 №-li futbolçusu Amil Əlimirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
26 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan kubokunun “Dalğa” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Xalid Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oxşar xəbərlər
Futzal komandasına texniki məğlubiyyət verildi
Futzalçı 3 oyun cəzalandı
Xətai Bağırov 4 oyun "dincələcək"
"Hicran"ın baş məşqçisinə ağır cəza
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası