"Bütün işimizə əngəl törətdi" -Samir Abasov
“Zirə” Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Rumıniyanın “Voluntari” komandası ilə matç “qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportfm.az xəbər verir ki, görüşdən sonra qəsəbə təmsilçisinin baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
“İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu. Yağışlı havaya görə ilk oyunumuz baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir. Hazırlığımız yaxşıdı. Bu gün komandam meydana yorğun halda çıxdı. Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu, maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu. Görüləsi çox işimiz var. Amma bəzi müsbət nüanslar var idi. Çatışmazlıqlar zamanla düzələcək”.
Oxşar xəbərlər
"Zirə" Macarıstan klubuna məğlub oldu - Yoxlama oyunu
Azərbaycan klubunu çalışdıran xorvatiyalı doğru yolda olduqlarını düşünür
Sənan Qurbanov: "Sürətli rəqibə qarşı oynayacağıq"
"Çalışacağıq səhvləri aradan qaldıraq" - Sənan Qurbanov
“Zirə” Rumıniya komandasının qapısından iki cavabsız top keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası