"Qəbələ" Almaniya klubu ilə üç hissəli oyun keçirəcək
Yanvarın 13-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah Antalyada ilk yoxlama oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşacaq. Matç “Papillon Oteli”nin məşq meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. “Qəbələ”nin “Meppen”lə görüşü 3 hissədən ibarət olacaq. “Qırmızı-qaralar”ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.
Yoxlana oyunu
16 yanvar
15:30. “Qəbələ” (Azərbaycan) – “Meppen” (Almaniya)
“Papillon Oteli”nin meydançası.
Oxşar xəbərlər
"Qəbələ" 3-cü sınağında
"Qəbələ"dən böyük hesablı qələbə
"Qəbələ"nin sonuncu oyununun vaxtı açıqlandı
"Qəbələ"nin matçı baş tutmayacaq
"Qəbələ" də Türkiyəyə yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
"Qarabağ"dan Sefasın durumu bağlı açıqlama















Misli Premyer Liqası