reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan karyeram mənim üçün bir təcrübə idi" -"Atletiko"nun keçmiş futbolçusu


İspaniyanın "Rasinq" klubunun "Numansiya"dan icarəyə götürdüyü Alberto Noquera "Eldiario" nəşrinə açıqlama verib. 

Sportfm.az xəbər verir ki, "Bakı"nın 29 yaşlı sabiq yarımmüdafiəçisi Azərbaycanda keçirdiyi günləri də yada salıb: 

"Azərbaycan karyeram mənim üçün bir təcrübə idi. “Bakı”da "Atletiko"nun B komandasında məşqçim olmuş Milinko Pantiçin rəhbərliyi altında oynayırdım. "Atletiko"nun azərbaycanlı sponsoru ilə razılığa gəldim. Pantiç çox israr etdikdən sonra məni inandırdı. Azərbaycana getməklə bağlı qərar verərkən uğur qazanıb-qazanmayacağımı deyə bilməzdim. Oranın futbolu İspaniyadan tamamilə fərqlənir. Mənə asan deyildi. Ölkədə müsəlman mədəniyyəti var. Demək olar ki, hər şey fərqlidir. Buna görə də mənim üçün uyğunlaşmaq çətin idi”.  

Qeyd edək ki, "Hetafe"nin yetirməsi olan ispaniyalı futbolçu "Bakı"da 2013/2014 mövsümündə 19 oyuna 1 qol vurub. Alberto 2009-2012-ci illərdə "Atletiko"nun heyətində olub.(sportal.az)

Oxşar xəbərlər

Saul İngiltərəyə köçmək istəyir
İtaliyalını göndərən Kamran Quliyev bu dəfə ispaniyalını "tora saldı" - FOTO
"Azərbaycan mənim üçün yeni təcrübə olacaq" - Bilal Hamdi
“Qarabağ” - “Atletiko” matçı ilə bağlı statistik məlumatlar açıqlandı
Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər