reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Almeydanı pulsuz geri ala bilməyəcək


Son 5 ilin ölkə çempionu, eyni zamanda avrokubokların qrup mərhələsinin daimi iştirakçısı “Qarabağ”ın oyunçuları hələ də dincəlir. 

Sportfm.az xəbər verir ki, “köhlən atlar”ın istirahət müddəti bu gün başa çatacaq. 

Komanda üzvləri ertəsi Bakıda bir araya gəlib Antalyaya yola düşəcək. Bakı - Antalya reysi ilə havaya qalxanlar arasında yalnız yerli futbolçular olacaq. 

Əcnəbilər Türkiyəyə birbaşa öz ölkələrindən uçacaqlar. Ardıcıl 10 il “İC Santai”da məskunlaşan ağdamlılar bu dəfə “Gloria Sport”da qalacaqlar. 

Qurban Qurbanov fasilə müddətində 5 yoldaşlıq görüşünün keçirilməsində maraqlı olduğunu bildirəndən sonra rəqib axtarışı başlayıb və artıq adlar bəllidi.  

“Qarabağ” yanvarın 12-də Rumıniya “Botoşani”si, 16-da Özbəkistan “Paxtakor”u, 19-da Çexiya “Bohemians”ı, 23-də Polşa “Pyast”ı, 26-da isə Ukrayna “Şaxtyor”u ilə qarşılaşacaq. 

Komanda üzvləri yanvarın 27-də Bakıya qayıdıb “Neftçi”ylə çempionat matçına hazırlaşacaq. 

“Köhlən atlar” hələ ki yalnız Reynaldonun keçidini rəsmiləşdirməyə nail olub. Riçard Almeydanın “Astana”nı “Qarabağ”a dəyişəcəyi haqda söylənilənlər isə rəsmi təsdiqini tapmayıb. 

Qazaxıstan mətbuatının iddiasına görə, bu baş versə belə, ağdamlılar qarşı tərəfə müəyyən məbləğ ödəməlidi. 

Roman Qriqorçukun “Astana”dakı fəaliyyətini bərpa etməsindən sonra Riçardın yenidən Azərbaycana qayıtması çətin görünür. 

Belədə “Qarabağ” transfer siyahısında olan digər namizədlərin adlarını gözdən keçirməli olacaq. Millimizin üzvü «Astana»da ilinə 1,2 milyon dollar qazanır. 

Bu, hələ onun müqavilə haqqıdı. Mükafatları və əlavə bonusları da üstünə gəlsək, ümumi məbləğ 1,5 milyonu keçir. 

Yarımmüdafiəçinin müqaviləsinin bitməsinə isə 2,5 il qalıb. Qazaxlar Almeydadan, təbii ki, boş-boşuna imtina etməyəcək. «Qarabağ» azı 600-700 min dolları gözdən çıxarmalıdı.(sportinfo.az)

Oxşar xəbərlər

“Qarabağ” 3 pillə gerilədi - Dünya reytinqi
“Qarabağ” Bakıya qayıtdı
“Qarabağ”ın ən uğurlu seriyası
"Qarabağ" hazırlığa başladı - FOTO
"Qarabağ" "Şaxtyor"la qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər