6 futbolçu onlara lazım olmadı
2018/19 mövsümünün arxada qalan hissəsini uğursuz keçirən "Galatasaray"ı ciddi islahatlar gözləyir.
Sportfm.az xəbər verir ki, İstanbul nəhəngi 6 futbolçunu komandadan kənarlaşdırmağa qərar verib.
Baş məşqçi Fatih Terim ümidləri doğrultmayan futbolçuları müəyyənləşdirib və siyahını rəhbərliyə təqdim edib. Mütəxəssis üç yeni oyunçu da istəyib. Ön xətdən narazı olan Terim iki hücumçu, bir dayaq yarımmüdafiəçisi və bir mərkəz müdafiəçisinin alınması təklifini irəli sürüb.Bu islahatların baş verəcəyi gözlənilən idi. Çünki Çempionlar Liqasının "Lokomotiv"lə Moskvadakı görüşündən sonra Terim belə addım atılacağına eyham vurmuşdur.
"Azarkeşlər izni ilə yanvar və iyulda əlimizdən gələn, klubumuzun gücü çatanları edəcəyik" deyən mütəxəssis transfer dönəmlərini önə çəkmişdi. Çalışdırıcı futbolçunun pul cərimə və ya əsas komandadan kənarlaşdırılmağının çıxış yolu olmadığını da gizlətməmişdir. Komandanı yenidən quracaq Terim transferə çıxarılmasını istəyi Sərdar Əzizə 4 milyon avro qiymət qoyulub.
Onun kimi lazımsız hesab edilən Erenə də özünə klub tapması tapşırılıb. Baş məşqçinin sisteminə uyğun gəlməyən Maykonun satışı üçün "Al-İttihad"la danışıqlar başlayıb. Yeni dayaq yarımmüdafiəçisi alınsa, Donk mərkəz müdafiəçisi kimi oynayacaq.
"Akhisar"dan gələn Ömər Bayramla Muğdat Çelik də "qara siyahı"da yer alıb. Onlara müştəri tapılan kimi hər ikisi göndəriləcək. "Galatasaray" həm də gözünü Aleks Tellesin transferinə dikib. "Porto" Türkiyə klubundan 6,5 milyon avroya aldığı oyunçunu "Atletico"ya satsa, "sarı-qırmızılar"da bu keçiddən payını alacaq. Anlaşmaya əsasən madridlilərin vermək istədiyi 40 milyon avronun 10 faizi İstanbul klubuna çatmalıdır.
Oxşar xəbərlər
Fatih Terim "Qalatasaray"dan getməyəcək - AÇIQLAMA
Fatih Terimdən örnək addım
Fatih Terim danışdı: "Mövsümün gedişində siyahımızı hazırlayırdıq"
"Qalatasaray" Çempionlar Liqasına 21 futbolçu ilə yollanır - SİYAHI
"Qalatasaray"a 21 çempionluğu kimlər qazandırıb? - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası