Çindən mesaj var: Onlara olan sevgimi gizlətməmişəm
Karyerasını Çinin "Şaxnay SİPQ" klubunda davam etdirən Halk, Braziliyaya qayıdacağı haqda çıxan xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, braziliyalı futbolçu klubdan ayrılmaq niyyətinin olmadığını deyib:
"Bir "Palmeyras" azarkeşi olaraq, adımın klubla hallanması normaldır. Heç vaxt onlara olan sevgimi gizlətməmişəm. Braziliyaya qayıtsam, "Palmeyras" forması geyinmək istərdim, ancaq hazırda bu, çətin görünür. "Şanxay SİPQ" ilə 2 illik müqaviləm var və burda xoşbəxtəm. Sözləşməmin sonuna qədər burda qalmaq istəyirəm".
Karyerası ərzində "Portu", "Zenit" kimi klublarda forma geyinən Halk, 2016-cı ildən "Şanxay SİPQ" klubunda çıxış edir.
32 yaşlı hücumçu 48 dəfə Braziliya millisinin formasını geyinib.
Oxşar xəbərlər
Futbolun şişirdilmiş 10 futbolçusu - SİYAHI
Arvadını qardaşı qızına görə atdı - FOTOLAR
Futbolçu koronavirusa görə millidən kənarda qaldı - İNSİDENT
Yayda 129 milyon avro xərcləyiblər!
Daha bir ulduz futbolçu Çinə köçdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası