Türkiyəli jurnalist Azərbaycanda İdarə Heyətinin üzvü seçildi -FOTO
Tanınmış türkiyəli jurnalist Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) İdarə Heyətinin üzvü seçilib.
Sportfm.az xəbər verir ki, Milli Məclisin deputatı, AKF-in prezidenti Adil Əliyev Ali Kanı federasiyanın rəhbər heyətində görməkdən məmnunluğunu bildirərək deyib: “Ali Kan Türkiyədə tanınmış jurnalistlərdəndir. Azərbaycanın haqq səsinin türk dünyasına və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında onun da xidmətləri var. O, həmçinin AKF-in Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərlər mətbuatda geniş işıqlandırılıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün Ali Kanı öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə A.Əliyev əlavə edib.
Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyində yer almaqdan məmnunluğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycan Badminton Federasiyasına yeni prezident seçildi - Təyinat
İdman federasiyasında yeni prezident - FOTO
Federasiya rəhbərliyi istefaya göndərildi - Azərbaycanda
Jurnalist federasiyada vəzifəyə təyin edildi
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası