reklam
Sportfm.az xəbər saytı

"Əslində, elə uşaq deyil. Çox tərbiyəlidi, gözümüzün qabağında böyüyüb" -Sənan Qurbanov


«Qəbələ»nin futbolçusu Qismət Alıyev əsas komandadan uzaqlaşdırılıb. 

«Səbail»lə görüşün 77-ci dəqiqəsində əvəzlənməsinə kəskin etiraz edən yarımmüdafiəçi 2 gündü fərdi qaydada çalışır. 

Sportfm.az xəbər verir ki, bu barədə açıqlama verən baş məşqçi Sənan Qurbanov gənc oyunçunu cəzalandırdıqlarını bildirib:«Qismətin əvəzlənərkən köməkçilərimə sərt etiraz etməsini və ehtiyat skamyaya təpik atmasını görməmişəm. Həmin an fikrim meydanda idi, oyunun gedişini izləyirdim. Mən bundan paltardəyişmə otağında xəbər tutdum. Cavid Hüseynovla Rasim Ramaldanovun onu danlamasından bildim ki, nəsə edib. Soruşdum, dedilər, belə bir hərəkət edib. Özümə də çox təəccüblü gəldi. Qismət, əslində, elə uşaq deyil. Çox tərbiyəlidi, gözümüzün qabağında böyüyüb. Böyük-kiçik yerini biləndi. Ondan yaşlı uşaqlar nə buyurub, gedib alıb gətirib. Onların bir sözünü yerə salmayıb. Mən özüm də Qisməti başıaşağı uşaq kimi tanımışam. İki gündü məşqlərdən kənarlaşdırmışam. İndinin özündə də min nəfərlə xəbər göndərir ki, bir səhvdi, eləmişdi, məni bağışlayın. Elə oyun günü, paltardəyişmə otağında 100 dəfə üzr istəyib. Biz məşqçilərdən də, komanda yoldaşlarından da üzrxahlıq etdi, bağışlanmasını istədi. Dedi ki, əvəzlənməzdən əvvəl «Səbail»in legioneri Yevgeni Koçukun topu onun ayaqları arasından keçirməsinə pis olub, əsəbləşib. Amma yenə də dəxli yoxdu. Bu, əsas vermir ki, futbolçu texiki zonada o cür hərəkət eləsin. Cəriməsi var, özü də nə qədər lazımdı! Səhv edib, indi cəzasını çəkməlidi. Köməkçilərim və yaşlı futbolçular artıq onun xahişini məndən ediblər. Deyiblər ki, cavandı, bu səhvi bir də eləməz. Sabah Qəbələyə qayıdırıq. Ondan qabaq iclas olmalıdı, orda bilinəcək ki, Qismətin məsələsi».(sportinfo.az)

 

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər