"Keşlə" təlim-məşq toplanışı üçün xaricə gedəcək
“Keşlə” futbol komandasının qış hazırlıq prosesi iki mərhələdən ibarədət olacaq.
Sportfm.az xəbər verir ki, bu barədə klubun meneceri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv gələn il yanvarın 5-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftəlik təlim-məşq toplanışı keçəcək komanda daha sonra ölkə xaricinə, böyük ehtimalla, Türkiyənin Antalya bölgəsinə üz tutmağı planlaşdırır.
Qonşu ölkədə iki həftə hazırlıq keçməyi nəzərdən keçirən “Keşlə”, orda ən azı 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.
Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşib.
Oxşar xəbərlər
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
Tərlan Əhmədov "Keşlə"ni Türkiyəyə aparır
"Sabah"ın qış hazırlıq planı müəyyənləşdi
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Səbail"in planı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku














.jpg)
Misli Premyer Liqası