Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Öz qapısına qol vurdu, tarixə düşdü
“Monako”nun futbolçusu Benua Badiaşile Çempionlar Liqasının tarixinə düşüb.
Sportfm.az xəbər verir ki, müdafiəçi avtoqol müəllifi olan ən gənc oyunçu olub.
O, qrup mərhələsinin V turun “Atletiko” ilə görüşündə öz qapısına qol vurub. 2001-ci il martın 26-da anadan olan Benua 17 yaş 267 günlüyündə Çempionlar Liqasında avtoqol edib.
Ona qədər ən gənc avtoqol müəllifi “Benfika”nın qapıçısı Mille Svilar idi. 2017-ci il oktyabrın 31-də “fərqlənən” qolkiper “Mançester Yunayted”lə görüşdə avtoqola imza atanda 18 yaş 65 günlük idi.
Oxşar xəbərlər
"Liverpul" 7000-ə çatdı - Avtoqol
Fati Çempionlar Liqasının tarixinə düşdü - İlk futbolçu
75-ci oyunda ilk - YUBİLEY MATÇI
Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Topaz Premyer Liqasının 23-cü uğursuzu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası