reklam
“Hakim də penaltini verməkdə şübhəli idi
Sportfm.az xəbər saytı

“Hakim də penaltini verməkdə şübhəli idi" -Aftandil Hacıyev


"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada "Neftçi"yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportfm.az xəbər verir ki, Hacıyev oyun haqda bunları deyib:

- İlk hissə daha sürətli oyunun şahidi olduq. Hər iki komandada aktiv idi. 4-5 qol imkanlarımız oldu. Ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissə daha aktiv olmağı düşünürdük. Həm hakimlər üçün, həm də bizim üçün yaxşı oldu ki, səhvlərimizdən nəticə çıxaraq. "Neftçi" layiqli qələbə qazandı.

- Hakim idarəçiliyindən nə deyə bilərsiz?
- Futbolçularımın oyunundan razı qaldım. Hakimin səhvləri barədə isti-isti qərar vermək istəmirəm. Fəhmin Muradbəylinin yıxıldığı epizod daha penaltiyə uyğun idi. Hakim də penaltini verməkdə şübhəli idi.

- Eltunun yan xətt hakimiylə mübahisəsi oldu. Bundan xəbərdarsızmı?
- Səhvlərdən qaçmaq olmur. Bu haqda indi çox danışmaq istəmirəm.

- "Neftçi"nin futbolçuları sizin cərimə meydançanızda daha rahat oynayırdı. "Səbail"in müdafiə xəttində problemlər varmı?
- İkinci hissə demək olar ki, onlara qol imkanı yaratmadıq. Son 15-20 dəqiqə böyük qüvvəylə irəli atıldıq. Ona görə müdafiədə boşluqlar var idi.

- Zədəli futbolçuların vəziyyəti necədi?
- Mövsümün əvvəlindən zədəli futbolçularımız var. Ağabala Ramazanovun zədəsi sağalmışdı. Məşqlərə başladıqdan sonra yenə ağrılar hiss etdi. Növbəti turlarda ehtiyat futbolçularımızdan da istifadə edəcəyik.(komanda.az)

Oxşar xəbərlər

"Komandamı günahlandırmaq istəmirəm" - Aftandil Hacıyev
"Zirə"nin heyəti bizdən qat-qat genişdir" - Aftandil Hacıyev
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"
Məğlub olan futbolçulardan razı qalan Rəşad Sadıqov: Onları silməliyik...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər