"Onunla mübahisəmiz olsaydı, dərhal əvəzləyərdim" -Roberto Bordin
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın 12-ci turunda "Səbail"i məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, Bordin qələbəni belə şərh edib:
- Səfər oyunu oynadıq. Yaxşı komandayla qarşılaşdıq. Futbolçularım çox yaxşı oyun göstərdi.
- Zədəli futbolçularınız Qoran Paratski və Kiril Petrovun durumu necədi?
- Çox yaxşı kollektivimiz var. Zədələr olur. Buna baxmayaraq, yaxşı oyun göstərməliyik.
- Oyunun əvvəlində Dario ilə mübahisəniz oldu. Ona hansısa cəza verəcəksizmi?
- Normal haldı. Oyun zamanı məşqçi və futbolçular danışır. Mübahisə olmayıb. Ciddi bir şey olsaydı, dərhal əvəzləyərdim.
- Rəhman Hacıyevin oyunu sizi nə qədər qane etdi?
- Tam şəkildə razı qaldım. Qol da vura bilərdi.
- Paratskinin yoxluğunda komanda daha çox hücumlar təşkil edirdi. Bunda da Rəhman Hacıyevin böyük rolu vardı. Paratski zədəli olmasa belə, yenə də Rəham Hacıyevə şans verəcəksizmi?
- Bizim çox böyük kollektivimiz var. Hər an dəyişikliklər edə bilərik. Hər oyunda fərqli seçimlər edirik. Normal haldı. Hər iki futbolçu fərdi keyfiyyətlərə sahibdi. Komanda da dəyişən ciddi bir şey yoxdu.
- Növbəti turda "Sabah"la qarşılaşacaqsız. Hansı ki, onlar dünən əsas rəqibiniz "Qarabağ"dan xal aldı. Müdafiədə Petrovun olmaması, problem yaradacaqmı sizə?
- Siz hardan bilirsiz ki, Petrov olmayacaq? Növbəti oyun haqda fikirləşəcəyik. Təhlillərimiz edəcəyik. Bu gün sonradan meydana daxil olan futbolçular da yaxşı oyun sərgilədi.(komanda.az)
Oxşar xəbərlər
"Heç-heçə ədalətli nəticə idi” – Şahin Diniyev
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
“Qarabağ”dan xal almaq qələbəyə bərabərdir" - Zaur Həşimov
"Küləyi bəhanə etmirəm" - Tərlan Əhmədov
Roberto Bordin növbəti mövsümdən danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası