Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi -FOTO
Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, açılış mərasiminin əsas mövzusu Azərbaycanın milli rəqsləri və gimnastika növləri olub.
Açılışda Azərbaycan milli rəqslərinin elementləri ilə gimnastikanın bütün növləri nümayiş etdirilib. Xüsusilə gimnastların lentlərlə çıxışları yadda qalıb.
Gimnastların çıxışı zamanı böyük ekranda Azərbaycanın gözəl təbiəti, əzəmətli dağları göstərilib.
Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.
Oxşar xəbərlər
İdman gimnastikası üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirildi
Gimnastlarımız Dünya Kubokunda "gümüş" medal qazandı - FOTO
Bakıda akrobatika üzrə dünya kuboku başladı
Bakıda akrobatika üzrə dünya kuboku keçiriləcək
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası