İslamiadanın qalibi diskvalifikasiya edildi
Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin cəza müddəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, 25 yaşlı Qazaxıstan əsilli atlet 4 il müddətinə diskvalifikasiya olunub. Orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi tapılan A.İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib.
Qeyd edək ki, Anastasiya İbrahimli “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O həmçinin 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu olub. Atlet İslamiadadan sonra cəzalanacağını bilərək karyerasını başa vurub.
Oxşar xəbərlər
Hacı Əliyevə qalib gələn rusiyalı güləşçi diskvalifikasiya olundu - Dopinqə görə
Azərbaycanlı idmançı diskvalifikasiya olundu - 4 il müddətinə
5 idmançımız dopinqdə "ilişdi"
Daha bir idmançımıza sanksiya tətbiq edildi
Qızıl medal qazanmış atletimizdə dopinq aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku















Misli Premyer Liqası