"Sportinq" Bakıdakı matça itkilərlə çıxacaq
Portuqaliyanın "Sportinq" klubu Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçına futbolçu itkiləri ilə çıxacaq.
Sportfm.az xəbər verir ki, Markos Xavyer Akunya və Jeremi MatyöIV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada cəzalı duruma düşüb. Argentinalı hücumameylli yarımmüdafiəçi qrup mərhələsində üçüncü sarı vərəqəsini alaraq, limiti doldurub. Fransalı müdafiəçi isə sonuncu ümid folu kimi Mxitaryana qarşı kobudluğuna görə önündə qırmızı vərəqə görüb. O, meydanı tərk edərkən, azarkeşlərdən üzr istəyib.
Bundan əvvəl "Sportinq"in argentinalı futbolçusu Rodriqo Battalya uzun müddətlik sıradan çıxmışdı.
Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabondakı qarşılaşmada qələbə qazanıb - 2:0. Komandalar noyabrın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" - "Sportinq" matçının hakimləri müəyyənləşdi
"Sportinq" - "Qarabağ": ehtimal 11-liklər
"Sportinq"in "Qarabağ"la oyun üçün yekun iştirak ərizəsi - SİYAHI
"Sportinq"in ulduzları "Qarabağ"la oyunu buraxacaqlar
"Qarabağ" qrup matçlarının təqvimi məlum oldu - İlk səfərimiz Lissabonadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası