Bakı çempionatının qalibləri müəyyənləşdi -FOTO
Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatına yekun vurulub.
Sportfm.az ki, yarışda 57 idmançı birincilik uğrunda mübarizə aparıb.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilib.
Qadınlar arasında Aysel Cəfərova birinci, Altunay Hacıyeva ikinci, Samirə Babayeva isə üçüncü olublar. Kişilərin mübarizəsində Eynur Kazımov qızıl medal qazanıb. Tural Məmmədzadə yarışı ikinci, Elxan Haqverdiyev isə üçüncü pillədə başa vurublar.
Yarışda birinci yeri tutmuş Aysel Cəfərova gələn il keçiriləcək Azərbaycan çempionatına, kişilər arasında mükafata layiq yerlər tutmuş idmançılarla yanaşı, dördüncü-beşinci pillənin sahibləri birinci dəstəyə vəsiqə qazanıblar.
Oxşar xəbərlər
Para Cüdo üzrə Respublika Çempionatı keçirildi - FOTO
Şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatdı - FOTO
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO
Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
Abbasova Bakıda ən güclüdür!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası