Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA "Qəbələ"nin tarixi nailiyyətini qeydə aldı
UEFA Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb. Sportfm.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu 2009-2010-cu ildən indiki formatda keçirilən turnirin qrup mərhələsində müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını tərtib edib. UEFA-nın rəsmi saytında dərc olunan məlumatda arxada qalan son 7 mövsüm, həmçinin 2016-2017 mövsümündə qrupda mübarizə aparacaq klublarla bağlı faktlar əksini tapıb.
"Qəbələ”nin I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləməsi də UEFA-nın diqqətindən yayınmayıb. Rəsmi sayt 2009-cu ildən indiyədək bu yolu qət edən bütün klubların siyahısını açıqlayıb. "Qəbələ” cari mövsüm bunu bacaran iki komandadan biri kimi tarixə düşüb. "Qırmızı-qaralar” turnirin tarixində 8-ci belə uğurun müəllifi olub. Belə ki, 2009-cu ildən indiyədək yalnız 8 dəfə bir klubun 4 mərhələ keçib, qrupa yüksəlib. Ötən mövsümdə də eyni nailiyyətə imza atan Roman Qriqorçukun yetirmələri 2 dəfə 4 mərhələ keçməklə Norveçin "Rusenborq” klubuna məxsus rekordu da təkrarlayıb. Skandinaviyalılar 2012-2013 və 2015-2016 mövsümlərində I təsnifat mərhələsindən qrupa qədər irəliləyib. Lakin "Qəbələ”ni Tronheym təmsilçisindən fərqləndirən odur ki, "qırmızı-qaralar” ardıcıl 2 mövsüm belə yol qət edib. Bu iki klubdan başqa, İngiltərə "Fulhem”i (2011-2012), Hollandiya "Tvente”si (2012-2013), Norveç "Tromse”si (2013-2014) və İsrailin Təl-Əviv "Makkabi”si (2016-2017) 4 mərhələ adlayıb.
Xatırladaq ki, "Qəbələ” ötən mövsümdə "Dinamo” Gürcüstan (1:2, 2:0), "Çukariçki” Serbiya (0:1, 2:0), "Apollon” Kipr (1:1, 1:0), "Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə "Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), "Lill” Fransa (1:1, 1:0) və "Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.
Oxşar xəbərlər
"Qəbələ"nin üç rəqibi müəyyənləşdi
"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
Roman Qriqorçuk üçün yubiley matç
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
"İnter" – "Qəbələ" matçı rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mərakeş qalib olacaq - Qərar














Misli Premyer Liqası