Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UFC Makqreqora hücum edən idmançını cəzalandırdı
“UFC Fight Night” turniri çərçivəsində rusiyalı Artyom Lobovun rəqibi amerikalı Maykl Conson olacaq.
Sportfm.az xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir. Döyüş oktyabrın 27-də keçiriləcək.
“Makyl Conson Artyom Lobovla döyüşdə Zubayra Tuhuqovu Nevada ştatının Atletika Komissiyasının apardığı araşdırmaya görə əvəz edəcək”, - məlumatda deyilir.
Zubayra Tuhuqov dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun sekundantıdır. UFC prezidenti Deyna Uayt Həbibin Konor Makqreqor üzərindəki qələbəsindən sonra irlandiyalıya hücum edən idmançıların turnirdən kənarlaşdırılacağına söz verib. Tuhuqov Makqreqora hücum edənlərdən biri olub.
Oxşar xəbərlər
Nurməhəmmədovun potensial rəqibləri məlum oldu
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Nurməhəmmədov Makqreqoru bağışladığını dedi
Həbib Nurməhəmmədovun cəzası açıqlandı
Döyüşçü rəqiblərinə hücum etdi, həbs ediləcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası