Millətlər Liqası: İspaniya İngiltərəyə uduzdu
Bu gün UEFA Millətlər Liqasında 4-cü turun növbəti oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, beşinci oyun günündə 7 qarşılaşma baş tutub.
Azərbaycan millisinin yer aldığı D Liqasında 2 oyun keçirilib. Belarusun Moldova ilə heç-heçəyə razılaşdığı gündə Lüksemburq San Marino üzərində darmadağına sevinib.
A Liqasında iki görüş olub - İspaniya İngiltərəni, İslandiya isə İsveçrəni qəbul edib. İngilislər çətin səfər matçından qələbə ilə ayrılıblar. İsveçrə də səfər qələbəsinə imza atıb.
C Liqasının 2-ci qrupunda Finlandiya Yunanıstan, Estoniya isə Macarıstan ilə üz-üzə gəlib. Finlərin yunanları məğlub etdiyi gündə bu qrupun altı qolluq digər matçı heç-heçə başa çatıb.
UEFA Millətlər Liqası, 4-cü tur
15 oktyabr
A Liqası
2-ci qrup
İslandiya - İsveçrə 1:2
Qol: Finnboqason, 81 - Seferoviç, 52. Lanq, 67.

4-cü qrup
İspaniya - İngiltərə 2:3
Qol: Alkaser, 59. S.Ramos, 90 – Sterlinq, 16; 38. Reşford, 30.

B Liqası
3-cü qrup
Bosniya və Hersoqovina - Şimali İrlandiya 2:0
Qol: Dzeko, 27; 73.

C Liqası
2-ci qrup
Finlandiya - Yunanıstan 2:0
Qol: Soiri, 46. Kamara, 89.
Estoniya - Macarıstan 3:3
Qol: Luts, 20. Pikk, 70. Anier, 79 – Naqi, 24. Salai, 54; 81.

D Liqası
2-ci qrup
Belarus - Moldova 0:0
Lüksemburq - San Marino 3:0
Qol: Turpel, 4. Sinani, 65. Till, 73.

Bombardir: Romelu Lukaku (Belçika), Aleksandar Mitroviç (Serbiya) - 4 qol.
Oxşar xəbərlər
Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası
Portuqaliya Çexiya ilə üzbəüz - 3-cü tur həyəcanı
Almaniya İngiltərə ilə üz-üzə – Millətlər Liqası
Millətlər Liqası: Xorvatiya biabır oldu, Belçika qələbə qazandı
İslandiya darmadağın oldu, İspaniya qalib gəldi - Millətlər Liqasında ilk tura yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası