"Süni örtüklü meydanda oynamaq çətindir" -Samba Diallo
"Yeni komandama uyğunlaşmağa çalışıram. İlk oyunumu MOİK-ə qarşı keçirdim. Cəld oynamağa, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdım. Komanda haqda ümumi fikrim yaxşıdır".
Sportfm.az xəbər verir ki, bu sözləri "Keşlə"nin yeni transferi Samba Diallo deyib. 29 yaşlı futbolçu ölkəmizə gəlməsinin səbəblərini açıqlayıb və Azərbaycan çempionatı barədə danışıb:
"Bakıda yaxşı dostlarım var. Bundan başqa, Azərbaycan çempionatı yaxşı səviyyədədir. Azad agent idim, təklif gəldi və "Keşlə" ilə müqavilə imzalamağa razılıq verdim. Azərbaycan çempionatında neçə komandanın iştiirak etməsinin fərqi yoxdur. Burada da belədir. Bunu vacib məqam hesab etmirəm".
Mavritaniya milli komandasının üzvü süni örtüklü meydançada oynamağın çətin olduğunu, ancaq buna öyrəşməyə çalışacağını sözlərinə əlavə edib: "Əlbəttə, süni örtüklü meydançalarda oynamaq çətindir. Çünki həmişə təbii örtüklü meydanlarda top qovmuşam. Mən peşəkar futbolçuyam. Əgər komandanın stadionu belədirsə, buna öyrəşməliyəm".
Oxşar xəbərlər
"Çıxıb qollara davam etməyə çalışacağam” - Tural Qürbətov
"Buna necə dözmək olar?" - Nazim Süleymanov
Mahir Mədətov fitə basılmasından danışdı: Mənə təhqirlər davam edirsə...
Mavritaniya millisinin üzvü "Keşlə"də
"Bu komanda ilə avrokuboklarda oynamaq istəyirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası