reklam
Rüfət Dadaşov milliyə dəvət edildi -
Sportfm.az xəbər saytı

Rüfət Dadaşov milliyə dəvət edildi -Qurbanov təsdiqlədi


Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında növbəti iki oyun (Farer adaları ilə səfərdə və Malta ilə Bakıda) üçün dəvət edəcəyi - ölkə xaricində çıxış edən futbolçuların adlarını müəyyənləşdirib.

Sportfm.az xəbər verir ki, 46 yaşlı mütəxəssis sport24.az-a verdiyi açıqlamada 5 oyunçu üçün faks göndərildiyini bildirib.

Qurbanovun siyahısında onun rəhbərliyi altında indiyədək çıxış etməyən bir oyunçu da var. Söhbət Almaniyanın 3-cü divizionunun "Proysen" klubunda forma geyinən Rüfət Dadaşovdan gedir. Millimizin baş məşqçisi aşağıdakı legionerlərə zərurət duyub:

Rüfət Dadaşov ("Proysen", Almaniya), Riçard Almeyda ("Astana", Qazaxıstan), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Dmitri Nazarov ("Aue", Almaniya), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya).

Oxşar xəbərlər

"Keşlə"nin futbolçusu Azərbaycan yığmasında - Yurçeviç millinin heyətini açıqladı
Nikola Yurçeviç heyəti açıqladı - SİYAHI
Qazaxıstan klubunun futbolçusu millimizə dəvət aldı
Qurban Qurbanov millinin heyətini açıqladı - Siyahıda 2 yeni ad
Rüfət Dadaşov UEFA Millətlər Liqasının oyununa çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər