"Kasıb boksçular böyük nəticələr əldə edir" -Mayk Tayson
Ağır çəkili sabiq boksçu Mayk Tayson Mumbaya səfəri zamanı yoxsul həyat tərzini şərh edib.
Sportfm.az xəbər verir ki, bu barədə "Economic Times" yazır.
"Fikrimcə, daha çox yoxsul olanlar daha yaxşı boksçu ola bilər. Ən uğurlu əlcək sahibləri xarabalıqların yetirmələridir. Kasıb boksçular böyük nəticələr əldə edir", - 52 yaşlı Tayson bildirib.
İdmançı Hindistana qarışıq döyüş növləri (MMA) üzrə "Kumite 1 League" turnirinin açılışına gəlib. Jurnalistlərlə söhbət zamanı Tayson qeyd edib ki, karyerasının əvvəlində seçim imkanı olsaydı, heç vaxt MMA ilə məşğul olmazdı:
"MMA-da böyük pul yoxdur, mən isə həmişə pul ardınca getmişəm",
Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. 1987-1990-cı illərdə Tayson ağır çəki dərəcəsində mütləq dünya çempionu olub.
Oxşar xəbərlər
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
Mayk Tayson-Roy Cons döyüşünün tarixi dəyişdirildi - Əlavə gəlir üçün
Mayk Tayson xeyriyyə döyüşlərində iştirak edəcək
“Avradımı Bred Pittlə yataqda tutdum” - Mayk Tayson
Mayk Tayson Kadırovla görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMADA “Zirə” üçün seminar keçirdi
-
MOK-da ikitərəfli tərəfdaşlıq müzakirə olundu
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku















Misli Premyer Liqası