reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim" -"Neftçi"nin sabiq baş məşqçisi


Neftçi" klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Azərbaycanda işlədiyi vaxtlardan danışıb.

Sportfm.az xəbər verir ki, 63 yaşlı çexiyalı mütəxəssis "Sport-Ekspress"ə müsahibəsində "Neftçi"də çalışdığı müddət ərzində qumarxanaya getmədiyini söyləyib. 

"Ruletkanı çox sevirdim. Əslində mən qumarbaz deyiləm. Sankt-Peterburqda həftədə 3 dəfə kazinoya gedirdim. Azərbaycanda "Neftçi" klubunun baş məşqçisi olmuşam. Orada kazino yox idi və mən özümü sakit hiss edirdim. Ruletkanı da xatırlamırdım".

Qeyd edək ki, Vlastimil Petrjela 2007 - 2008 mövsümünün ilk yarısında "Neftçi" klubunun baş məşqçisi olub. 

Oxşar xəbərlər

Qurban Qurbanov yeni rekorda imza atdı
"Özümü azərbaycanlı kimi hiss edirəm"
"Astana"dan sabiq "Neftçi"liyə təklif gəldi
"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"
Premyer Liqada 54-cü, “Neftçi”də 4-cü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər