reklam
Rəşad Sadıqov alnındakı çapığın tarixçəsindən danışdı:
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov alnındakı çapığın tarixçəsindən danışdı:"Onda çox ağır bir travma keçirdim"


Millimizin sabiq futbolçusu, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışıb.

Sportfm.az xəbər verir ki, o, oxu.az-a verdiyi müsahibəsində bu acı xatirənin uşaqlıq dövrü ilə bağlı olduğunu bildirib: 

"Alnımdakı izlə bağlı heç vaxt mənə sual verilməyib. Bu iz uşaqlıqdan qalma xatirədir. Onda 7-8 yaşım olardı. Qaçanda görmədim, alnım qapının qıfıl olan hissəsinə dəydi. Bir az sümük də yarılmışdı. Onda çox ağır bir travma keçirdim. Üç ay ərzində hər gün başımda tikişi dəyişib, açıb təmizləyirdilər. Çünki yara irin edirdi. Evdəkilər buna görə çox qorxmuşdu. Daim nəzarət altında idim ki, içəridə qanaxma olmasın". 

Oxşar xəbərlər

"Hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim" - Rəşad Sadıqov
"Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” - Rəşad Sadıqov
Rəşad Sadıqov ilin futbolçusu seçildi
Rəşad Sadıqov: Bizim aramızda bağlılıq var
Rəşad Sadıqov "Qarabağ"ın baş məşqçisi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər