Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"a qarşı oynayacaq futbolçu şikayətləndi:"Təhqir dolu mesajlar yazılır"
Oynadığı futbolla yanaşı, öz stili ilə diqqət mərkəzində olan "Arsenal"ın futbolçusu Hektor Belyerin açıqlama verib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı ispaniyalı sağ cinah müdafiəçisi bildirib ki, bəzi insanlar ona uzun saçlarının olmasına görə gey adlandırır:
"Bəzi insanlar təcavüzkar ola bilərlər. Onlar mənim uzun saçlarım olduğu üçün gey deyirlər. Sosial şəbəkələrdə çoxlu təhqir dolu mesajlar, şərhlər yazılır. Bir az fərqli olanda hədəf olursan. Elə bir saat yoxdur ki, təhqir mesajı almayım. Hər gün bu cür insanları necə bir şəkildə yola verməyi başa düşdüm".
Qeyd edək ki, "Arsenal" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupdadır.
![]()

Oxşar xəbərlər
Azarkeşlər baş məşqçi və futbolçuların evinə hücum etdi - FOTO
"Sən məşqçi deyilsən" - Özil Emerini təhqir etdi
Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdi - VİDEO
“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə
"Mançester Siti"nin futbolçuları Messini təhqir etdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası