Kryeziu: "Bakıya qələbə qazanmaq üçün deyil, uduzmamaq üçün gəlmişdik"
Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk oyunu çərçivəsində səfərdə Azərbaycan millisinin qonağı olub. Bakı Olmipiya Stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb.
Sportfm.az xəbər verir ki, oyundan sonra kosovoluların yarımmüdafiəçisi Hekuran Kryeziu fikirlərini bölüşüb. İsveçrənin "Sürix" klubunda çıxış edən 25 yaşlı futbolçu əsas məqsədlərinin uduzmamaq olduğunu deyib:
"Əsas məqsədimiz məğlub olmamaq idi. Bakıya qələbə qazanmaq üçün deyil, uduzmamaq üçün gəlmişdik. Qalib gəlmirsənsə, heç-heçədən imtina etmək olmaz. Bu, ilk oyunumuz idi. Düzdür, bizdən qələbə gözləyirdilər, məncə, uduzmamaq da yaxşı haldır. Yaxşı müdafiə olunduq və Azərbaycanın hücumlarının qarşısını kəsdik. İndi isə Farer adaları ilə evdə keçirəcəyimiz oyunu düşünməliyik".
Oxşar xəbərlər
"Bakıya uduzmağa gəlməmişik" - Marek Hamşik
“Siyasi məsələlər yox, futbol haqda danışaq” – “Arsenal” futbolçusu
"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Kosovo yığmasının kapitanı BOS haqqında:"Rənglənmiş meydanda..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası