"Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə etdilər"
İngiltərənin “Mançester Siti” klubunun türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb.
Sportfm.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Bild”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla olan şəklinin siyasi məqsədlərlə istifadə edildiyini də bildirib: “Almaniyadakı bütün həyatım boyu yalnız müsbət şeylər yaşamışam. Amma Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu. Həmçinin bəziləri rasizmə yol verdilər. Amma mən qaçmaq istəmirəm. Yoahim Löv çağırsa, Almaniya millisində oynamağa davam etmək niyyətindəyəm”.
Qeyd edək ki, İlkay Gündoğanın Mesut Özil və Cenk Tosunla birgə R.T.Ərdoğanla çəkdirdikləri şəkil 2018-ci il dünya çempionatı ərəfəsində Almaniyada qalmaqala səbəb olub. Həmçinin yarış ərəfəsində Bundestimin düşərgəsində əcnəbi kökənli futbolçularla yerlilər arasında qarşıdurma baş verdiyi bildirilir. Almaniya millisi tarixində ilk dəfə Rusiyada təşkil olunan mundialda qrupda qalıb. (report)
Oxşar xəbərlər
Türk futbolçular nədən qorxdular?
Almaniyada daha bir skandal - Mesut Özildən sonra İlkay...
"Özil illərdir bərbad oynayır" - "Bavariya"nın prezidenti
Alman mətbuatından Məsut Özilin qərarına - Münasibət
Özil millidəki karyerasına son qoymağı qərara aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası