Yığmamızın lideri 300 min dollarlıq turnirdə
Avqustun 19-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində şahmat üzrə Sinkfild superturniri start götürəcək.
Sportfm.az xəbər verir ki, turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Şəhriyarla yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) da turnirə qatılacaq.
Şəhriyar Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qarşı mübarizə aparacaq. Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.
Oxşar xəbərlər
Məmmədyarov növbəti dəfə məğlub oldu
Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi
Şah bu dəfə mat edə bilmədi
ŞAH turnirə mat etməklə başladı
Şəhriyar Məmmədyarov üçüncü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası