Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Adil Şükürov: “Ola bilsin, komandaya yeni hücumçu gəlsin”
Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Neftçi"yə qalib gələn (1:0) "Zirə"nin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Komanda.az xəbər verir ki, Şükürov oyunla bağlı bunları deyib:
- Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər. "Neftçi"nin əvvəlki oyunlarına baxmışdım. Sürətli oyunçuları var. Buna uyğun hazırlaşmışdıq.
- Klub prezidenti Vüqar Astanov komandadan gedən kimi İqbekoyi geri qayıtdı. Onun gedişi mətbuatda səs-küyə səbəb oldu. Viktorun qayıdışının prezidentin gedişiylə əlaqəsi yoxdu?
- Viktor klubsuz qalmışdı. Bizdən xahiş etdi ki, komandada çıxış etsin. Biz də razılaşdıq. Onun oyununa bələd idik.
- Bu qələbəni bəxtlə əlaqələndirmək olar?
- Bu komandanın öz oyununu tapmaq üçün vaxta ehtiyac var.
- Komanda keçən turda uduzanda vaxtı uzatmırdı. Bu oyunda isə futbolçularınız bir neçə dəfə yerə uzanaraq, vaxtı uzadırdı. Buna səbəb nə idi?
- Bu, futboldu. Futbolçuların üzərində əlavə təzyiq var. Bunu təzyiqlə əlaqələndirmək olar.
- Komanda əsasən asmalarla oynayır. Ancaq hücum xəttində çıxış edən Nurlan Novruzovun boyu kiçik olduğundan bu asmalardan istifadə edə bilmir...
- Transfer çalışmalarını davam etdirirk. Ola bilsin, komandaya yeni hücumçu gəlsin.
Oxşar xəbərlər
"Azarkeşlər ancaq "Kəpəz"i fikirləşsinlər" - "Kəpəz"in yeni baş məşqçisi
Samir Əliyev: Klub rəhbərliyi də bilir ki...
Adil Şükürov: "Bu, məni də narahat edirdi"
Adil Şükürov: "Futbolçularım arasında kritik vəziyyət var"
Adil Şükürov: “Hücum və yarımmüdafiəni gücləndirməyi düşünürük”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası