"Sumqayıt"ın yeni transferi:"Həddindən artıq istidir"
Sportfm.az xəbər verir ki, “Sumqayıt”ın yeni transferi Aleksey İsayev Topaz Premyer Liqasının ilk turunda “Neftçi”yə uduzduqları oyundan (0:2) sonra sualları cavablandırıb:
İlk dəfə idi ki, Topaz Premyer Liqasında meydana çıxdın. Təəssüratların necə oldu?
- Olduqca xoş təəssürat yarandı. Hesab edirəm ki, ilk hissədə meydanda dominantlıq edən tərəf biz idik. Əldə etdiyimiz imkanlardan istifadə edə bilmədik. Rəqib isə ilk yarıda bir normal hücum etdi. Bunu da qolla nəticələndirdi. Hesab edirəm ki, "Neftçi"nin futbolçuları fərdi ustalığa görə buna müyəssər ola bildilər. İkinci hissədə isə aldığımız qırmızı vərəqə komandamızın oyununa müəyyən təsirini göstərdi. Ümumiklikdə komandamız pis təsir bağışlamadı. Düşünürəm ki, oyundan-oyuna artıracağıq.
Hücumçunuz olmaya-olmaya kiminlə artıracaqsız?
- Hücumçumuz var. Gəncdi. Yeni komandayıq. İndi bir-birimizə alışırıq. Çox yaxşı komandamız var. Düşünürəm ki, nəticə gələcək. Bir qədər zamana ehtiyacımız var.
Özün necə, komandaya tam alışa bilmisənmi? Yoxsa sənin də zamana ehtiyacın var?
- Komandaya alışmışam. Sadəcə, iqlim bir qədər münasib deyildi. Həddindən artıq istidi. Əslən Sibirdənəm. Bizdə havalar sərin keçir. Oyun zamanı xeyli su itirirəm. Eybi yox, buna da alışaram.
Komanda yoldaşlarınla dil tapa bilmisən. Kiminlə isti münasibətdəsən?
- Olduqca mehriban kollektivimiz var. Ailə kimiyik. Çox şadam ki, komanda daxilində qruplaşma yoxdu.
Legionersiz komandanın ciddi hədəflər uğrunda yarışması problem yaşatmayacaq?
- Hesab edirəm ki, bunun heç bir əngəli olmayacaq. Komandamız ən yüksək hədəflər uğrunda mübrizə aparacaq.(sportinfo.az)
Oxşar xəbərlər
"Şkupi"nin baş məşqçisi: "Rəqibin güclü orta xətti var"
Aleksey İsayev: "Azərbaycanla ata tərəfimdən bağlılığım var"
Sənan Qurbanov: "Üzücü məğlubiyyət oldu"
Emin Mahmudov: Oynamaq daha asan oldu
Mirabdulla Abbasov: Uduza da bilərdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası