Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Quliyev Litvada dubl etdi
19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Kamran Quliyev yeni transfer olunduğu Litvanın “Yonava” klubunun heyətində ilk oyununu keçirib.
Sportfm.az xəbər verir ki, A Liqasında mübarizə aparan klub bu gün “Dainava” ilə yoxlama görüşü keçirib. Qarşılaşma “Yonava”nın 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin hücumameyilli oyunçusunun debütü uğuru alınıb. Matçda start heyətində başlayan Quliyev, həm sona qədər oynayıb, həm də qol vurub. O, komandasının 2-cü və 4-cü (57, 90-cı dəqiqələr) qollarının müəllifi olub.
Qeyd edək ki, Quliyev Litva klubu ilə 2.5 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
Kamran Əliyev “Sumqayıt”da - RƏSMİ
Gəncə futbolunun yetirməsi yenə start heyətində
Tural Rzayevdən 90 dəqiqə
"Kəpəz"in futbolçusu legioner oldu
Kamran Quliyev "Qəbələ"ni "cəzalandırdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası