"Sabah"ın legioneri qol vurdu, komanda bərabərliyə sevindi
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportfm.az xəbər verir ki, rəqib qardaş ölkənin birinci liqa təmsilçisi “Girəsunspor” olub.
“Vonresort Abant” otelinin meydaçasında keçirilən qarşılaşmada hesabı Bakı təmsilçisi açıb. Vitali Kvaşuk görüşün 55-ci dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atıb. Rəqib matçın son dəqiqələrdə hesabı bərabərləşdirib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
“Sabah” görüşə bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Oyuna sonradan daxil olanlar: Ülvi İbazadə, Elvin Həsənəliyev, Cavid İmamverdiyev, Elvin Bədəlov.
Oxşar xəbərlər
"Sabah" liderə 4 top vurdu
"Sabah"ın 1 hücumçusu - Komandanın heyəti məlumdur
"Alanyaspor" Azərbaycan klubunu məğlub edə bilmədi
"Sabah"ın 3-cü heç-heçəsi
"Zirə" "Sabah"a qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
"Qarabağ"dan Sefasın durumu bağlı açıqlama
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi















Misli Premyer Liqası