Millimizin üzvü:""Bursaspor"un uğurları üçün çalışacağam"
"Baş məşqçimiz Samet Aybaba ilə təkbətək görüşüm olmayıb. Ancaq gənclərə önəm verən çalışdırıcıdır. Onun gəlişi bizə şans yaradıb".
Sportfm.az xəbər verir ki, bu sözləri "Bursaspor"da çıxış edən gənclərdən ibarət milli komandamızın üzvü Ozan Can Kökçü deyib. Gənc futbolçu hədəflərini açıqlayıb. 20 yaşlı yarımmüdafiəçi “Bursaspor”da möhkəmlənmək barədə düşünür:
"Ümid edirəm ki, uzun müddət "Bursaspor"un uğurları üçün çalışacağam. Ondan sonrakı arzum Avropadır. Hollandiya və Türkiyədən təkliflər alıram. Ancaq mənim hədəfim "Bursaspor"un heyətində güclənməkdir. Getməyə heç bir niyyətim yoxdur. Özümü Türkiyədə ən yaxşı şəkildə göstərmək istəyirəm. Burda futbolçuların çoxunun türk olması mənim üçün də üstünlükdü. Eyni dil, eyni mədəniyyət olduğundan, dialoq qurmaqda problem yaranmır".
Qeyd edək ki, Kökçü ötən mövsüm "Bursaspor"un heyətində güclənə bilməyib və Hollandiyanın "Valveyk" klubuna icarəyə verilib.
Oxşar xəbərlər
Türkiyəli məşqçi millimizin üzvünü bəyəndi
Millimizin üzvü "Qarabağ"a keçir?
Bəh-bəhlə millimizə gətirilən futbolçu klubuna lazım olmadı
Millimizin futbolçusu "Bursaspor"un maraq dairəsinə düşdü
“Azərbaycanı sevirəm və onun şərəfini qorumaq istəyirəm”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası