"Sportinq"in futbolçusu "Qarabağ"a keçir?
Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" transfer fəaliyyətini davam etdirir.
Sportfm.az xəbər verir ki, Ağdam klubu "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi transferini bitirmək üzrədir. Bu barədə Portuqaliyanın mətbuatı məlumat yayıb. Məlumata görə, bolqarıstanlı futbolçu "Qarabağ"la müqavilə bağlamaq üçün Lissabon klubunun düşərgəsini tərk edib.
Qeyd edək ki, Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Litex" klubundan "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib. Simeon Slaveçevin "Sportinq"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubunda
"Qarabağ"dan gedən futbolçu "Levski" ilə anlaşdı - FOTO
Abasov 60 milyon avroluq futbolçudan imtina etdi
"Qəzəbliyəm, çünki "Sportinq"ə qarşı oynamayacam" - Simeon Slavçev
"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası