Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Seminar keçdi, Azərbaycan millisinin forması hədiyyə edildi
FİFA referisi Əliyar Ağayev Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib.
Sportfm.az xəbər verir ki, referi yığmanın üzvlərinə oyun qaydaları haqda məlumat verib, futbolçuların suallarını cavablandırıb. Sonda Ağayevə milli komandanın forması hədiyyə edilib.
Qeyd edək ki, iyunun 20-dən Bakıda təlim-məşq toplanışında olan U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Komandalar iyulun 7-də “Dalğa Arena”da, iyulun 10-da isə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Hər iki oyun saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər
Azərbaycan – Şimali Makedoniya matçının hakimləri - Yoldaşlıq oyunu
Yığmamızın yoldaşlıq oyunu ləğv edildi
Eyni rəqiblə ikinci oyun - Yoldaşlıq görüşü
Azərbaycan Qırğızıstanla üz-üzə - Yoxlama görüşü
Rusiya ilə "Dalğa Arena"da oynayacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası