86 yaşlı könüllü -FOTO
Saransk (Mordoviya Respublikası) sakini, 86 yaşlı Lidiya Volkova Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının ən yaşlı könüllüsü olacaq.
Sportfm.az xəbər verir ki, vaxtilə Mordoviya Respublikası Maliyyə Nazirliyinin əməkdaşı olmuş L.Volkovanın dünya çempionatında turizm-məlumat məntəqələrinin birində işləyəcəyi ehtimal edilir.
Volkova deyib: "Mən əvvəllər bütün xokkeyçilərin adlarını bilirdim, futbolçuları tanıyırdım. Hətta bu işlər üçün bir ümumi dəftər ayırmışdım".
55 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulan "gümüş könüllülük" Mordoviyada 2016-cı ildən təcrübədən keçirilir. Gözlənildiyinə görə, dünya çempionatında çalışmaq istəyən yaşlı könüllülərin sayı 100-ə yaxın olacaq. Digər könüllülərlə çiyin-çiyinə işləyəcəklərinə baxmayaraq, onların az fiziki güc tələb edən sahələrə cəlb olunacaqları planlaşdırılır.
Oxşar xəbərlər
Avropa Liqasının finalının biletləri nə vaxt ala bilərik?
Karateçilərimiz “Turkish Open”də 9 medal qazandı
DÇ-2018: Messi meydana çıxır
"Keşlə" ukraynalıya tapşırılır - Ramiz Məmmədov istefaya göndərildi
"Qəbələ" Xorvatiya klubunun futbolçusunu transfer etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası