Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ı gözləyən nəhənglər: “Şaxtyor”, “Olimpiakos” və “Anderlext”
Avropa Liqasının pley-off mərhələsinin 44 iştirakçısından 16-sı bəllidi. Sportfm.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan 15 komanda və Avropa Liqasının eyni raundunun ilk qalibi bu "16-lığ”ı təşkil edir. Azərbaycan çempionu "Qarabağ” da bu 16 komanda arasındadı. Qitənin ən nüfuzlu klub turnirində sensasiyaların qeydə alınması bəzi Avropa nəhənglərini daha aşağı reytinqli turnirə göndərib. Nəticədə "Şaxtyor”, "Olimpiakos” və "Anderlext” Avropa Liqasında pley-offun ən yüksək reytinqliləri olub. Əvvəldən bu turnirdə çıxış edənlər arasında isə ən yaxşı "Alkmaar”dı kı, hollandiyalılar pley-offa çıxsa, yalnız 4-cü olacaq. "Qarabağ” bu 16 komanda arasında 9-cu əmsala malikdi. Son 28 vəsiqənin sahibi bu gün bilinəcək ki, "Qəbələ” də Fransa "Lill”ini keçsə. Bu siyahıya düşəcək.
Əgər bütün cütlərdə daha yuxarı reytinqlilər qalib gəlsə, "Qarabağ” səpələnməmişlərdən olacaq. Bu isə təmsilçimizə güclü rəqiblər vəd edir. İndiki durumda potensial rəqiblərimiz sırasında üç nəhənglə yanaşı, BATE, PAOK, "Fənərbaxça”, "Sparta” və "Slovan” da var. Ağdam klubunun səbətini dəyişməsi üçün 5 cütdə aşağı reytinqli komanda qalib gəlməlidi. 5 sensasiya təmsilçimizi güclülərin səbətinə daşıyacaq. Bu sensasiyalardan birini gerçəkləşdirəcəyi halda, "Qəbələ” də səpələnməmiş olacaq. Bu isə onların da nəhənglərlə görüşməsi ehtimalı yaradır.
Avropa Liqasının pley-offçuları
"Şaxtyor” (Ukrayna) – 81,976
"Olimpiakos” (Yunanıstan) - 70,940
"Anderlext” (Belçika) – 54,000
"Fənərbaxça” (Türkiyə) - 40,920
"Sparta” (Çexiya) - 40,585
PAOK (Yunanıstan) – 37,440
BATE (Belarus) – 34,000
"Slovan” (Çexiya) – 22,085
"Qarabağ” (Azərbaycan) – 13,475
"Rusenborq” (Norveç) - 12,850
"Astana” (Qazaxıstan) - 12,575
"Astra” (Rumıniya) - 11,076
"Srvena Zvezda” (Serbiya) - 7,175
"Dinamo” (Tbilisi, Gürcüstan) - 5,875
"Trençin” (Slovakiya) - 5,400
"Partizani” (Albaniya) - 1,575
Oxşar xəbərlər
Bu gün “Qarabağ”ın potensial rəqibi bilinəcək - Çempionlar Liqası
Avropa Liqası: "Fənərbaxça" və "Şaxtyor"dan qələbə
“Qəbələ” və “Qarabağ”ın rəqibi bəllidi!
Avropa Liqası: “Qarabağ”ı sevindirən sensasiyalar
Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mərakeş qalib olacaq - Qərar






_1694603125.png)








Misli Premyer Liqası