“Neftçi”nin yeni baş məşqçisi Bakıya gəldi - kim olduğu bilinmir -VİDEO
"Neftçi"nin sosial şəbəkə hesabında maraqlı video yayımlanıb.
Sportfm.az xəbər verir ki, "O, gəldi" sözləri ilə təqdim olunan videoda söhbətin kimdən getdiyi açıqlanmır.
Amma bunun "ağ-qaralar"ın yeni baş məşqçisinə işarə olduğu artıq heç kimdə şübhə doğurmur. Məsələ burasındadır ki, hamı "Neftçi" ilə anlaşdığı bildirilən italiyalı məşqçi Roberto Bordinin yolunu gözləyir. Böyük ehtimalla videoda üzü gizlədilən qonaq məhz komandaya yeni baş məşqçi təyin olunacağı gözlənilən italiyalı mütəxəssisdir.
Qeyd edək ki, Bordin bu gün klub rəhbərliyi ilə görüşəcək və son detalları müzakirə edəcək. Tərəflərin rəsmi müqaviləyə imza atmasından sonra yeni baş məşqçinin təqdimat mərasimi təşkil olunacaq.
Oxşar xəbərlər
Bordin yeni işinə başladı - Yığmada
"Neftçi"nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəldi
Roberto Bordinin tanışlıq turu - VİDEO
Kamran Quliyev: Onu çətin yol gözləyir
Roberto "Neftçi" azarkeşlərinə müraciət etdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası