reklam
DÇ-2018:
Sportfm.az xəbər saytı

DÇ-2018:Rusiyaya aparılmayan ən güclü “23-lük”


Dünya çempionatının startına çox az vaxt qalmış bütün yığmaların yekun heyətləri açıqlanıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, hər dəfə olduğu kimi, builki mundialı buraxacaq ulduz futbolçu sayı da kifayət qədərdi.

Bununla bağlı Rusiyaya aparılmayacaq ulduzlardan ibarət "23-lük" müəyyənləşdirilib. Siyahıya nəzər yetirdikdə, həmin heyətin dünya çempionatı iştirakçılarının əksəriyyətindən güclü olması diqqətdən qaçmır.

Mundial arzusu puç olan ən çox tanınmış sima İspaniyadadı. Bu ölkənin düz 9 oyunçusu millinin heyəti açıqlananda məyusluq yaşayıb.

Mundialı buraxacaq ən güclü "23-lük":

Qapıçılar: Neto (Braziliya), Co Hart (İngiltərə), Bernd Leno (Almaniya)

Müdafiəçilər: Ektor Bellerin, Aymerik Laporte, Serxi Roberto, Mark Bartra, Markos Alonso (hamısı İspaniya), David Luiz, Aleks Sandro (hər ikisi Braziliya), Benedikt Hövedes (Almaniya)

Yarımmüdafiəçilər: Xavi Martines, Sesk Fabreqas, Xose Kalyexon (hamısı İspaniya), Kinqsli Koman, Adrien Rabio (hər ikisi Fransa), Raca Nainqqolan (Belçika), Mario Götze (Almaniya)

Hücumçular: Aleksandre Lakazett, Antoni Marsial (hər ikisi Fransa), Mauro İkardi (Argentina), Alvaro Morata (İspaniya), Leroy Sane (Almaniya).

Oxşar xəbərlər

Almaniya millisinin heyəti - AVRO-2020
Portuqaliyanın heyəti açıqlandı - Millimizlə oyun üçün
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı - Ronaldo kənarda qaldı
Kolumbiyanın dünya çempionatı üçün yekun heyəti açıqlandı
Dünya çempionatında ən çox bu klubun futbolçuları oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər