Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıdakı dünya çempionatında 8 idmançı ilə təmsil olunacağıq
Sabah Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək.
Proqrama əsasən iyunun 5-i, saat 09:30-da çempionatın rəsmi açılış mərasimi başlayacaq. Daha sonra "Challenge" kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.
Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. "Challenge" kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Oxşar xəbərlər
Dünya çempionatında daha 12 qalib müəyyənləşdi
Bakıda dünya çempionatının qalibləri mükafatlandırıldı
BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO
Bu gün Bakıda dünya çempionatı start götürəcək
BMX ustaları Bakıda planetin ən güclülərini müəyyən edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












.jpg)


Misli Premyer Liqası