“Keşlə”nin prezidenti planlarını açıqladı:Yeni müqavilə, Türkiyə toplanışı...
Baş məşqçi məsələsini həll etdik. Yuri Maksimovla yeni birillik müqavilə imzalanacaq.
Sportfm.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında "Keşlə"nin prezidenti Zaur Axundov deyib.
O bildirib ki, komanda iki həftəlik istirahətdən sonra iyunun 15-də Avropa Liqasına hazırlığa start verəcək: "Maksimovla müqavilə hazırlanıb. O, ölkəsindən gəldikdən sonra rəsmi sözləşməyə qol çəkəcək. Baş məşqçi 1-2 günə komandada qalmasını istədiyi oyunçuların siyahısını bizə göndərəcək. Ondan sonra futbolçularla yeni sözləşmə ilə bağlı sənədləri hazırlamağa başlayacağıq. Həmçinin, kimlərin gedəcəyinə də baş məşqçi qərar verəcək. Hələlik heç kimlə yollarımızı ayırmamışıq".
Qeyd edək ki, Avropa Liqasına I təsnifat mərhələsindən qoşulacaq "Keşlə" ilk oyununu iyulun 19-da keçirəcək.
Oxşar xəbərlər
“Sabah”ın hazırlıq planı
Yuri Maksimov “Keşlə”dən getdi
Maksimov "Keşlə" ilə kubok qazanmasını böyük uğur hesab etmir...
"Keşlə" Yuri Maksimovla müqavilə müddətini uzadacaqmı?
"Keşlə" ukraynalıya tapşırılır - Ramiz Məmmədov istefaya göndərildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin





_1694603125.png)








Misli Premyer Liqası