reklam
Bakıda məğlubedilməz makedonlar
Sportfm.az xəbər saytı

Bakıda məğlubedilməz makedonlar


Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv “Dalğa Arena”da makedoniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan yığmasının heyətində qolu 5-ci dəqiqədə Kamran Əliyev vurub.

Qeyd edək ki, Azərbaycanın və Makedoniyanın U-20 komandaları mayın 27-də eyni stadionda yenidən üz-üzə gələcək. Azərbaycan millisi ilk yoldaşlıq görüşündə Gürcüstana 1:2 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu

19:00. Azərbaycan U-20 - Makedoniya U-20 1:1

Qol: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87.

Oxşar xəbərlər

Azərbaycan millisi Bolqarıstana qarşı - Yoldaşlıq oyunu
Millimiz Şimali Makedoniya ilə bərabərə qaldı - Yoldaşlıq oyunu
Azərbaycan – Şimali Makedoniya matçının hakimləri - Yoldaşlıq oyunu
Yığmamız Xorvatiya ilə bərabərə qaldı - Yoldaşlıq oyunu
Millimiz Türkiyə ilə heç-heçə etdi - Yoldaşlıq oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər